Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "ağ-qaralar" 4-cü pilləyə yüksəlib. Meydan sahibləri isə 11 xalla hələlik beşinci sıradadır.