"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, "ağ-qaralar" "Universitatya Krayova" klubundan yarımmüdafiəçi Samuel Asamoanı transfer etmək istəyir. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Baş məşqçi Adrian Mutu Samueli sərəncamında görmək istəyir. "Neftçi" artıq 29 yaşlı futbolçu üçün təklif göndərib. Paytaxt təmsilçisinin təklifi 250 min avrodur, amma "Universitatya Krayova" rəhbərliyi oyunçunu 500 min avrodan aşağı qiymətə buraxmaq istəmir.

Toqolu futbolçu 2019-cu ilin yayından Rumıniya klubunda çıxış edir.