"Neftçi" bu gün "Matç TV" turnirində sonuncu oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, "ağ-qaralar" üçüncü matçda "Fənərbağça" ilə qarşılaşıb. Görüş Türkiyə təmsilçisinin qələbəsiylə başa çatıb - 1:0.

Bu, yeni baş məşqçi Adrian Mutunun "Neftçi" ilə ilk oyunu olub.

Paytaxt təmsilçisi əvvəlki matçlarda "Zenit"ə 1:3, "Srvena Zvezda"ya isə 0:4 hesabıyla uduzub.

15 iyul

"Matç TV" turniri

Neftçi - Fənərbağça - 0:1

Qol: E.Dzeko, 72