“Neftçi” Rusiyada keçiriləcək “PARI Premyer” turnirində iştirakdan imtina edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda "Sport ekspress"ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev danışıb. O, Rusiyadakı siyasi vəziyyətlə əlaqədar "Neftçi"nin iyulda Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyinin qeyri-müəyyən olduğunu deyib. Klub rəsmisi paytaxt təmsilçisinin "PARİ Premyer"in təşkilatçıları ilə məsləhətləşəcəyini bildirib:
“Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək”.

Sankt-Peterburqdakı turnir iyulun 1-dən 15-dək keçirilməlidir. Burada “Neftçi”, Türkiyənin “Fənərbaxça”, Serbiyanın “Srvena Zvezda” və Sankt-Peterburqun “Zenit” klubları iştirak etməlidirlər.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında bu gün antiterror əməliyyatı rejimi tətbiq edilib.