"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev 1-15 iyulda Rusiyada keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəkləri ilə bağlı açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, "Sport Ekspress" nəşrinin sorğusunu cavablandıran Allahverdiyev turnirin təşkilatçıları ilə danışacaqlarını söyləyib:

“Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək”.

"Vaqner" silahlı qruplaşması Rusiyada hərbi çevrilişə cəhd edib. Rusiya Silahlı Qüvvələri Voronej vilayətində əməliyyat tədbirlərinə başlayıb.