"Neftçi" baş məşqçi postuna rumıniyalı Adrian Mutunu gətirmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə edilib. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Mutunun "Rapid"lə müqaviləsi davam edir və sözləşmənin ləğvi üçün təzminat ödənməlidir. 

Klubun səhmdarlarından olan Viktor Ançelesku yerli mətbuata açıqlamasında Mutunun durumu ilə bağlı bunları deyib:

"Bizimlə müqaviləsi davam edir. Hər hansı klub onunla razılaşarsa, gedə bilər. Lakin bizimlə əlaqə saxlamalıdır. O, müqaviləsini və xitam bəndini bilir (təxminən 200 min avro). Təzminat ödənilərsə, razılaşa bilərik". 

Mutu 2022-ci ilin martından "Rapid"i çalışdırır. Onun sözləşməsi 2024-cü ilin yayına qədərdir.