Yeni mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" klubu heyətini gücləndirmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, "ağ-qaralar" Rumıniyanın "Sepsi" klubunda çıxış edən  Mark Tamasla maraqlanır.

29 yaşlı müdafiəçi karyerası ərzində "Videoton", "Puskas", "Diosgyor", "Slask Wroclaw" və "Sepsi" klublarında çıxış edib.

Tamas 247 oyuna 8 qol vurub, 6 assist etməyi bacarıb.