"Sepsi" ilə müqaviləsini ləğv edən Mark Tamaş karyerasını Azərbaycanda davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, macarıstanlı müdafiəçi "Neftçi" ilə razılaşıb.

Rumıniya mətbuatı "ağ-qaralar"ın 29 yaşlı futbolçu üçün "Sepsi"yə müqavilə ləğvinə görə 200 min avro ödədiyini yazıb.

Tamaş dünən "Sepsi" ilə sözləşməsini ləğv edib və yaxın günlərdə "Neftçi"nin düşərgəsinə qoşulacaq.

"Transfermarkt"da dəyəri 550 min avro olan Tamaş 2021-ci ildə Macarıstan yığmasında debüt edib. O, millidə 1 oyuna çıxıb.

Flaqman bundan öncə Rumıniya ÇFR-indən Yuri Matiası transfer edib.