Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.

Dünən işıq dirəyinin aşması nəticəsində yarımçıq dayandırılan "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu qaldığı yerdən - 81-ci dəqiqədən oynanılacaq.

Günün digər oyununda "Neftçi" "Kəpəz"i, "Zirə" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XVIII tur

24 dekabr

12:00 "Turan Tovuz" - "Araz-Naxçıvan" 2:1 (81-ci dəqiqədən davam edəcək)

Qollar: Xəyal Nəcəfov, 5, Bruno Qonçalves, 16 - İsmail Azzaui, 57 (pen.)

16:00 "Neftçi" - "Kəpəz"

Baş hakim: Fərid Hacıyev

"Neftçi Arena"

18:30 "Zirə" - "Qarabağ"

Baş hakim: Cavid Cəlilov

Zirə İdman Kompleksinin stadionu