Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" Bosniya və Herseqovinanın "Jelezniçar" komandası ilə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.

"Jelezniçar"la görüş "ağ-qaralar" üçün rumıniyalı mütəxəssis Adrian Mutunun rəhbərliyi altında ilk avrokubok görüşü olub.

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

27 iyul

"Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan) - 2:2

Qollar: D.Haraçiç, 12, Amoah, 45+10 - K.Lebon, 42, R.Hacıyev, 90+5

Baş hakim: Yuri Fişer (Estoniya)