“Neftçi” PFK müdafiəçi Solomon Kverkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.