UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xallar yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la ilk görüşdə 2:2 hesablı heç-heçə edərək, ölkəyə xallar qazandırıb.

Səfərdəki nəticə sayəsində Azərbaycanın reytinqinə 0,125 xal əlavə olunub. Bununla cari mövsümdə 0,875, son 5 mövsümdə isə ümumi xallarının sayını 15,125-ə çatdıran Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Siyahıya 88,928 xalla İngiltərə liderlik edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.