“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb

İqtisadiyyat.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının XXVI turuna təsadüf edib. “Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.

Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Flaqman evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.

Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.