"Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

İqtisadiyyat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 10-da Bakıda keçiriləcək “Neftçi” – “Beşiktaş” matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Lukas Fandrix matçın baş hakimi olacaq. Ona yan xətdə Conas Erni və Guillaume Mayre kömək edəcək. Lionel Tsçudi isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.