Böyük Britaniyanın “Shell” neft-qaz şirkətinin bu ilin III rübündə xalis mənfəəti II rüblə müqayisədə 22,7% artıb. Buna səbəb yüksək neft qiymətləri və emal marjaları olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında deyilir.

Hesabat dövründə “Shell” 6,2 milyard dollar mənfəət əldə edib. Halbuki, şirkət ilin II rübündə 5,07 milyard dollar mənfəət əldə edib. Digər tərəfdən, şirkətin üçüncü rüb mənfəəti keçən ilin eyni dövründəki 9,45 milyard dollarla müqayisədə 34,2% azalıb.

“Shell”, həmçinin növbəti üç ay ərzində 3,5 milyard dollar dəyərində səhmləri geri alacağını açıqlayıb.

 

Gözəl Həşimova