Naxçıvan Muxtar Respublikasında yeni yaradılan şirkət ləğv olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Mars Group LLC" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.

Şirkətin hansı səbəbdən fəaliyyətini dayandırdığını və ləğv olunduğu məlum deyil.

Qeyd edək ki, sözügedən şirkət bu ilin avqustun 23-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanunu təmsilçisi Əhmədov Rasim Əziz oğludur.