Babək rayonunun Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi binası tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvanın Təhsil Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, təhsil müəssisə 220 yerlik nəzərdə tutulub.

Müəssisənin binasının tikintisi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.