Bu ilin I yarısında Naxçıvan MR-nın Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 75,9 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, təkcə iyunda isə muxtar respublikada vergi daxilolmaları 12,6 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,8 % çoxdur.