Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 13 layihə maliyyələşdirib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Bu ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 % çoxdur.

Bu ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.