Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi şəxsə və 28 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini 1 ay müddətinə dayandırıb.

Bu barədə İqtisadiyyat.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar iyunun 25-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.