Türkiyənin milli valyutası bir dollar üçün 33 lirəni ötərək antirekord qırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Sözcü” telekanalı məlumat yayıb.

Məlumata görə,  2023-cü ilin may ayında respublikada prezident və parlament seçkiləri keçirilərkən lirə sürətlə ucuzlaşmağa başlayıb. Mayın 14-də keçirilən prezident seçkilərinin birinci turundan əvvəl lirənin məzənnəsi 1 dollar üçün 19,57 olub.

Türkiyə Mərkəzi Bankının proqnozlarına görə, bu ilin sonuna milli valyutanın məzənnəsinin bir dollar üçün 37,75 lirə olacağı gözlənilir.

 

Gözəl Həşimova