Avropa İttifaqı (Aİ) 2030-cu il iqlim hədəflərinə nail olmaq üçün bu sahəyə illik investisiyaları iki dəfə artırmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İqlim Neytrallığı Rəsədxanası məlumat yayıb.

Hesabatda Aİ-nin bu sahəyə investisiyalarının sürətlə artırılmasının vacibliyinə diqqət çəkilib.

Hesabatda transformasiyanın sürətləndirilməsi üçün enerji səmərəliliyi, binaların bərpası, istilik nasoslarından istifadə, külək və günəş enerjisi sistemlərinin quraşdırılması, elektrik şəbəkəsinin inkişafı və nəqliyyat kimi kritik sahələrin prioritetləşdirilməsinin vacibliyi də qeyd olunub.

Qeyd edək ki, Aİ 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə ən azı 55 faiz azaltmağı öhdəsinə götürüb. Ətraf mühit və iqlim hədəfinə nail olmaq üçün İttifaq bu sahəyə illik investisiyalarını 800 milyard avroya çatdırmalıdır.

 

Gözəl Həşimova