Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, buraxılış həcmi 50 milyon manat olan istiqrazlara 24 investor tərəfindən 126 milyon 767 min 500 manatlıq sifariş təqdim olunub.

Reallaşdırılmış həcm 50 milyon manat olub.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ0201070155

İstiqrazların tədavül müddəti: 1092  gün

Buraxılış həcmi: 50,000,000 manat

Nominal dəyəri: 100 manat

Minimal qiymət: 92.4592 (9.9699%) manat

Maksimal qiymət: 96.2271 (8.45%) manat

Kəsmə qiyməti: 94.2459 (9.2398%) manat

Ortaçəkili qiyməti: 94.8088 (9.0133%) manat

Reallaşdırılmış həcmi: 50,000,000 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 126,767,500 manat

İnvestor sayı: 24

Sifarişlərin sayı: 56

Ödəmə tarixi: 22.06.2027

Anderrayter: Paşa Kapital İŞ QSC