Naxçıvanda əhalinin asudə vaxtının səmərəli təşkili üçün idman kompleksləri yaradılacaq və açıq hava idman qurğuları qurulacaq.

İqtisadiyyat.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Naxçıvanın Nazirlər Kabineti ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi müəyyənləşib.

Proqramda qeyd olunub ki, bu işlər 2023–2027-ci illəri əhatə edəcək.