NATO-Ukrayna Şurası tərəflər arasında siyasi bağların gücləndirilməsi məqsədi daşıyır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO Baş Katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, NATO-Ukrayna Şurasının açılışı sabah olacaq: “Bu yeni orqan olacaq və bizim - Ukraynanın və bütün NATO müttəfiqlərinin bərabər tərəflər kimi görüşünü təmin edəcək. Şura qərarlar qəbul edə bilər”, - Stoltenberq deyib.