NATO Müdafiə nazirlərinin bu gün keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə ediləcək mövzular arasındadır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib. 

O həmçinin qeyd edib ki, bu il Avropa Siyasi Cəmiyyətinin ikinci iclası Moldovada keçiriləcək: 

"Moldovanın Rusiyanın təzyiqi altında olduğunu bilirik. Bu, Moldova ilə həmrəyliyimizin göstəricisi olacaq".