"Napoli” Xviça Kvaratsxeliyanı satmaq istəmir. Neapollular komandanın liderinə çevrilməkdə olan gürcünü daha uzun müddət heyətində saxlamaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, komandanın uzun fasilədən sonra İtaliya çempionluğuna doğru irəliləməsində böyük rol oynayan Xviçanın xeyli müştərisi var. Klub rəhbərliyi onu asanlıqla saxlaya bilməyəcəyini anlayır. Həm futbolçunu məmnun etmək, həm də gələcəkdə daha baha qiymət satmaq üçün onun maaşını 2-3 dəfə, anlaşma müddətini 2 il artırmaq niyyətindədirlər.

Xatırladaq ki, 22 yaşlı oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Tərəflər razılıq əldə etsə, Gürcüstan millisinin üzvü ilə 2,5-3 milyon avro maaş alacaq.