Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) matçında qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq.

İqtisadiyyat.az "Daily Mail"ə istinadən xəbər verir ki, ilk oyunda komandaların azarkeşləri arasında insident yaşandığından bu görüşdə də oxşar hadisənin yaşanacağı riski var.

İtaliyanın Daxili İşlər Nazirliyi bu səbəbdən UEFA-ya rəsmi müraciət ünvanlayıb. UEFA isə “Ayntraxt”ın “Napoli” ilə səfər matçında azarkeşsiz oynamasına qərar verib. 

Qeyd edək ki, "Napoli"nin Frankfurtda 2:0 hesabı ilə qalib gəldiyi görüşdə baş verən davada "Ayntraxt"ın 3 azarkeşi yaralanıb, xeyli fanat həbs edilib. Komandalar arasında cavab matçı martın 15-də Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək