A seriyasında qələbəyə doğru irəliləyən "Napoli" ən vacib oyunçuları heyətdə saxlamağa çalışır. 

İqtisadiyyat.az İtaliyanın "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyinin dilə tutduğu futbolçular arasında 22 yaşlı Xviça Kvaratsxeliya da var.

Gürcüstanlı hücumçu ötən ilin yayında İtaliyaya köçsə də, komandanın əsas simalarından birinə çevrilməyi bacarıb. Neapollular ona yeni uzunmüddətli - 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif etmək istəyirlər.

Xatırladaq ki, "Çelsi" və "Nyukasl" kimi İngiltərə klubları Kvaratsxeliyanın xidmətlərinə maraqlıdır və kluba müraciət ediblər.