"Sabah" klubunun futbolçusu Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirə bilər.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kocaelispor" "Sabah"ın futbolçusu Namiq Ələsgərovla maraqlanır. 

Son mövsüm "Sabah"la 23 matça çıxan Ələsgərov 2 qol vurub, 3 assist etməyi bacarıb.

Qeyd edək ki, Namiq Ələsgərov Türkiyədə "Bursaspor" klubunda da çıxış edib.