Ukrayna Premyer Liqasında 4-cü turunun oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – “Obolon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv bu turda “Dnepr-1” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Start heyətdə meydana çıxan Dmitri 61-ci dəqiqədə əvəzlənib.

4 turdan sonra 4 xala malik “Obolon” 16 komanda arasında 9-cudur