Xəbər verdiyimiz kimi, bu gün Şərq Bazarında yerli sahibkarlığa dəstək məqsədilə “Nabat Talks Biznes Forumu” keçirilir.

Forumda  məhsul və xidmətlərin təqdimatı, əl işləri yarmarkası təşkil olunub. Həmçinin səhər saatlarından etibarən forum iştirakçıları üçün DEVELOR beynəlxalq konsaltinq şirkəti tərəfindən ödənişsiz təlimlərə cəlb olunublar. 

İqtisadiyyat.az xəbər verir ki, forumun informasiya dəstəkçisi "Alpha-Omega"dır.

Məlumat üçün bildirək ki, "Alpha-Omega" bir sıra irimiqyaslı korporativ tədbirlərin təşkilatçısı və "Nabat Talks" netvorkinq platformasının yaradıcısıdır.

 

 

Forumun texnoloji tərəfdaşı bütün dünyada fərdi kompüterlər, monitorlar, mobil qurğular, biznes üçün infrastruktur həlləri, proqram təminatı, xidmətlər və digər xidmətlər üzrə dünyanın aparıcı istehsalçısı Lenovo şirkətidir.

 

 

Tədbirin digər sponsoru MDB məkanında onlayn təhsil bazarında lider olan Skillbox şirkətidir. Platforma İT və Rəqəmsal sahədə ən çox tələb olunan peşələr üçün 450-dən çox kurs təqdim edir. Təlimdən əlavə Skillbox məşğulluğa köməklik göstərir.

 

Qeyd edək ki, formda ümumilikdə 3000 mindən çox iştirakçı gözlənilir.