Futbol dünyasında həbs olunan sonuncu futbolçu Dani Alveş olsa da,o həbsə girən ilk futbolçu deyil.

İqtisadiyyat.az indiyə qədər həbsdə olan bəzi futbolçuları təqdim edir:

Peter Storey

O, 1979-cu ildə əxlaqsızlıq yuvası işlətdiyinə, pornoqrafiya yaydığına, daha sonra isə saxtakarlığa görə həbs edilib.

Rene Hiquita

Əfsanəvi kolumbiyalı qapıçı qaçırılan bir qızı xilas edib. Lakin Kolumbiya hökuməti Hiquitanın uşağı xilas etmək üçün kartel lideri Pablo Eskobardan kömək aldığını iddia etdi və Hiqita 8 gün həbs cəzasına məhkum edildi.

Edmundo

O, ölümlə nəticələnən yol qəzası törətdiyi üçün 4 il həbs cəzasına məhkum edilsə də, cəmi 1 gün həbsdə qalıb.

Lukas Viatri

Keçmiş "Boka" futbolçusu bərbəri soyduğu üçün 30 gün həbs cəzasına məhkum edilib.

Freddy Rinkon

O, narkotik alverinə görə 123 gün həbsdə yatıb.

Jesús Emilio Díez 'Txutxi'

O, narkotik alverinə görə 9 il həbsdə yatıb.

Bruno Fernandes de Souza

O, sevgilisinin qətlinə görə məsuliyyət daşıyıb. Qadının meyiti tapılmayıb. Futbolçu 22 il müddətinə azadlıqdan məhrum edilib.

Nizar Trabelsi

Tunisli futbolçu terrorla əlaqəsi və əkiz qüllələrə hücumda şərik olduğu üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.

Vinisius "Breno" Borxes

2011-ci ildə sərxoş halda evi yandırdığı üçün 3 il həbs cəzası alıb.

Ruben Semedo

Portuqaliyalı futbolçu adam öldürməyə cəhd, xəsarət yetirmə, hədələmə, qanunsuz silah saxlama, zorakılıq və oğurluq ittihamları ilə 142 gün müddətinə həbs edilib.

Benjamin Mendy

Keçmiş "Siti"li futbolçu cinsi təcavüz və zorakılıq cinayətlərinə görə həbs olundu. Məhkəmənin sonunda o, günahsız elan edilib.

Adam Conson

O, azyaşlı ilə cinsi əlaqədə olduğu üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ronaldinyo

O, saxta pasporta görə Paraqvayda 171 gün həbsdə yatıb.

Dani Alveş

O, 23 yaşlı gənc qadını zorlamaqda ittiham edilərək həbs edilib.