"Neftçi" ilə razılaşan Adrian Mutunun məvacibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, rumıniyalı mütəxəssis "ağ-qaralar"da aylıq 50-55 min avro alacaq. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

"Neftçi" Mutuya ümumilikdə 10 ay üçün 700 min avro verəcək. Mütəxəssis bu məvacibdən köməkçiləri Boqdan Patrasku, Alin Çita və Miha Nadabana maaş verəcək.

Mütəxəssis köməkçilərinə 150-200 min avroluq maaş büdcəsi ayıracaq. Belə olan halda, Mutunun "Neftçi"dən illik qazancı 500-550 min avro olacaq.

"Neftçi"nin yaxın zamanda Mutunun təyinatını açıqlayacağı gözlənilir.