"Yurqorden”in kapitanı Maqnus Eriksson yerli mətbuata açıqlamasında azərbaycanlı komanda yoldaşı Musa Qurbanlı barədə fikirlərini bölüşüb.

İqtisadiyyat.az saytı xəbər verir ki, İsveç millisinin yarımmüdafiəçisi gənc hücumçudan uğurlu çıxış gözlədiyini bildirib.

Onun fikrincə, 21 yaşlı forvard tezliklə formaya düşəcək: “Musa son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir. Bizim üçün önəmli olan məqam onu ən yaxşı olduğu formaya gətirməkdir. Cərimə meydanı daxilində çox təmkinlidir. Düşünürəm ki, onun yüksəlişə meyli və forması var. Bir ara milli komandanın düşərgəsinə yollandı. Gediş-gəliş, uzun səfər yorucu olur. Artıq bir həftədən çoxdur klubladır, hər şey qaydasındadır. Yenidən qollar vurmağa hazır olduğunu düşünürəm”.

Qeyd edək ki, “Yurqorden”ə yay fasiləsində “Qarabağ”dan keçən Musa Qurbanlı ölkə çempionatında keçirdiyi 7 oyunda 2 qol vurub