"Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının klubdakı taleyi ilə bağlı danışıb.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssis “Fotbolldirekt”ə açıqlamasında 21 yaşlı hücumçunun bu il “Yurqorden”də qalacağını bildirib:

“O, 2024-cü ildə komandada qalacaq. Musa ötənmövsümkü çıxışından məyusdur. O, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır. Cəmi altı aydır ki, Musa Qurbanlı bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır”.

Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilə qədərdir