"Yurqorden" (İsveç) Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Stokholm təmsilçisinin sosial şəbəkə hesablarında video paylaşılıb. 21 yaşlı hücumçu "Qarabağ"dan "Yurqorden"ə keçib.

Qeyd edək ki, Musa Qurbanlının yeni komandası ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.