Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən kollektiv XVII turda "Elfsborq"u qəbul edib. Görüş "Yurqorden"in məğlubiyyəti ilə başa çatıb - 0:4.

Qurbanlı bu görüşdə forma geyinib. O, 58-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

Musa görüşdən sonra sosial şəbəkə hesabında bunları yazıb:

"Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq". 

Forvard yay transfer dönəmində "Qarabağ"dan "Yurqorden"ə keçib.