"Roma"nın baş məşqçisi Joze Mourinyo " Roma" ilə müqaviləni yeniləmək fikrində deyil.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. Bildirilir ki, portuqaliyalı mütəxəssis özünü milli komandada sınamaq istəyir. Mourinyo İtaliya, İngiltərə və ya Braziliyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd olunur ki, “Roma”nın çalışdırıcısı yalnız titullar qazanmaq məqsədi olan yığma ilə işləməkdə maraqlıdır. Joze Mourinyo 2021-ci ilin iyulundan "Roma"dadır. 2021/2022 mövsümündə portuqaliyalı mütəxəssis Roma komandası ilə Konfrans Liqasının qalibi olub. Məşhur məşqçinin İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.