Roma"nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinə rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Futbolpress.az xəbər verir ki, o, belə bir şeyin olmadığını deyib:

"Braziliya millisindən mənə heç bir təklif olmayıb. Agentimə bildirmişəm ki, "Roma"nın baş məşqçisi olduğum müddətdə heç kimlə danışıq aparmasın".

60 yaşlı portuqaliyalı 2021-ci ilin yayından “Roma”nı çalışdırır. 18 turdan sonra romalılar 28 xalla A Seriyasında 7-ci yerdədir.