Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxanların ümumi sayı 2 919 nəfərə çatıb.

Bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün paytaxtda daha 55 nəfər COVID-19-dan ölüb.

“Son sutkada Moskvada pnevmaniya diqanozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 55 nəfər vəfat edib”, - deyə qərargahın xəbərində bildirilir.

Bildirilir ki, paytaxtda ümumilikdə koronavirus diaqnozunun qoyulduğu 2 919 nəfər vəfat edib.

(Report)