"Arsenal"ın hücumçusu Folarin Baloqun karyerasını Fransada davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, 22 yaşlı forvard "Monako" ilə razılaşıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb. "Monako" Baloqun üçün 45 milyon avro ödəyəcək.

Amerikalı hücumçu ötən mövsümü icarə əsasında Fransada "Reyms"də keçirib.