Transfermarkt ABŞ və Kanada futbol liqalarının yüksək liqası olan Major League Soccer (MLS) bütün oyunçularının bazar dəyərlərini yenidən ölçüb. Qiymətləndirmədə Lionel Messinin bazar dəyərində dəyişiklik olmayıb.

İqtisadiyyat.az xəbər verir ki, 35 milyon avro bazar qiyməti ilə Messi MLS-in ən dəyərli oyunçusu mövqeyini qoruyub saxlamağa davam edib. Argentinalı futbolçu Amerikada karyerasına çox sürətlə başlayıb, son 7 oyunda 10 qol vurub və Şimali/Mərkəzi Amerika Liqaları Kuboku çempionluğunu qazanıb.

Messidən sonra ən dəyərli oyunçu "Atlanta Yunayted"də çıxış edən Tiaqo Almada olub. On nömrəli oyunçunun bazar dəyəri 20 milyon avrodan 27 milyon avroya yüksəlib.

Bu yaxınlarda "Kolumbus"a transfer olan Dieqo Rossinin dəyəri 9,5 milyon avrodan 7 milyon avroya düşüb. "Fənərbaxça" bu transfer üçün 5,15 milyon avro  transfer haqqı alıb.