Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişk ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub. Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, sülh sazişi layihəsi ətrafında gedən proseslərə toxunublar.