Avstriyanın "Altax" klubunda baş məşqçi Miroslav Kloze ilə yollar ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

"Altax" Avstriya çempionatında sonuncu sıradadır.

Kloze 2022-ci ilin yayından bu postda idi.