“Araz-Naxçıvan” futbol klubunda yeni təyinatlar gerçəkləşib.

Premyer Liqa təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, U-17 və U-19 komandalarının baş məşqçiləri müəyyənləşib.

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunublar.
Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.