Mərkəzi Bankın məlumatlarına görə, 2021-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14619,6 milyon manat təşkil edib.

Milli valyutada olan kredit portfelinin 12089,0 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,3 faizini təşkil edib.