Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib. 

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə qərar komissiyanın aprelin 28-də keçirilən iclasında qəbul edilib. 

Məlumat üçün bildirək ki, bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib. Qapalı iclasda deputat Vahid Əhmədov da iştirak edib.

Xatırladaq ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.