Fransada 14 İyul - Milli Bayram çərçivəsində 130 min hüquq-mühafizə orqanı əməkdaşı küçələrdə asayişi qorumaq üçün təlimatlandırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin məlumat verib.

Darmanin Daxili İşlər Nazirliyində mətbuata açıqlamasında bildirib ki, iyunun 27-də Nanter şəhərində Nael M. adlı gəncin polis tərəfindən öldürülməsindən sonra baş verən hadisələrdə 900 hüquq-mühafizə işçisi və yanğınsöndürən yaralanıb.

14 İyul - Milli Bayram çərçivəsində təşkil edilən tədbirlərin adətən zorakılıqla yadda qaldığını deyən Darmanin ötən il bayram çərçivəsində 807 nəfərin saxlanıldığını, 749 avtomobilin yandırıldığını, 55 asayiş keşikçisinin yaralandığını qeyd edib.

Bu çərçivədə Darmanin Milli Bayram səbəbiylə 13 və 14 İyul tarixlərində xüsusi polis və jandarma qrupları da daxil olmaqla 130 min asayiş keşikçisinin və 34 min yanğınsöndürmənin xidmətə təyin edildiyini, bayramda helikopter və zirehli texnikanın istifadə ediləcəyini açıqlayıb.