UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilib.

İqtisadiyyat.az xəbər verir ki, yarımfinalın ilk oyununda Niderland yığması Xorvatiya ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə yekunlaşdığından, əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha 2 qol vuran xorvatlar tarixində ilk dəfə adını finala yazdırıb.

Yarımfinalın digər görüşü bu gün baş tutacaq. İspaniya millisi İtaliya ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası

"Dördlər finalı"

Yarımfinal mərhələsi

14 iyun

22:45 Niderland - Xorvatiya 2:4

Qollar: D.Malen, 34, N.Lanq, 90+6 - A.Kramariç, 55 (p), M.Paşaliç, 73, B.Petkoviç, 90+8, L.Modriç, 115 (p)

Baş hakim: İştvan Kovaç (Rumıniya)